Son yenilənmə: 1 yanvar 2025
PRO XALCA YUMA xidmətlərindən istifadə etməklə aşağıdakı şərtləri və qaydaları qəbul etmiş olursunuz. Xahiş edirik, sifariş verməzdən əvvəl bu şərtlərlə tanış olun.
Biz xalça, pərdə, yorğan-döşək və yastıqların peşəkar yuyulması, ləkə aparma, bitkisəl yuma, sürətli qurutma və overlok xidmətlərini təqdim edirik. Hər bir məhsul növünə uyğun yuma rejimi tətbiq olunur.
Ödəniş xidmət başa çatdıqdan və xalçalar təhvil verildikdən sonra həyata keçirilir. Qiymət xalçanın ölçüsü, növü və tələb olunan xidmətə əsasən müəyyən edilir.
Xalçalarınızı maksimum diqqət və qayğı ilə işləyirik. Lakin uzun müddət istifadədən, materialın xüsusiyyətindən və ya əvvəlki zədələrdən yaranan rəng solması, köhnəlmə kimi hallara görə məsuliyyət daşımırıq. Bu cür hallar barədə xidmətdən əvvəl sizi məlumatlandırırıq.
Sifarişinizi xalçalar götürülməzdən əvvəl ödənişsiz ləğv edə bilərsiniz. Bunun üçün bizimlə əvvəlcədən əlaqə saxlamağınız kifayətdir.
Şərtlərlə bağlı suallarınız üçün bizimlə info@proxalcayuma.az və ya +994 (51) 341 39 39 vasitəsilə əlaqə saxlaya bilərsiniz.